Şirvanda erməni siqaretləri satan şəxs HƏBS EDİLDİ - İkinci əməlidir

Şirvanda erməni siqaretləri satan şəxs HƏBS EDİLDİ - İkinci əməlidir

Hazırda oxunan: Şirvanda erməni siqaretləri satan şəxs HƏBS EDİLDİ - İkinci əməlidir

237476

Aksiz markası olmayan tütün məmulatlarının satışı ilə məşğul olan şəxs həbs edilib. Onun satdıqları arasında Ermənistan istehsalı olan siqaretlər də olub.

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, 44 yaşlı Mətləb Dövlət Gömrük Komitəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ona məxsus 7 min qutuya yaxın ümumi dəyəri 19 min manat olan aksizsiz siqaret aşkar edilərək götürülüb.

Mətləbin əldə etdiyi siqaretlər arasında Ermənistan istehsallı məhsullar da olub.

O, daha əvvəl Bakıda aksizsiz siqaretlər satırmış. Bakıdakı əməlinə görə Yasamal Rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Bu dəfə isə Şirvanda aksizsiz siqaret satışı ilə məşğul olan zaman saxlanılıb. Məhkəmə bu dəfə onun barəsində sərt qərar çıxarıb.

Mətləb siqaretləri haradan əldə etdiyini deməyib:

“Həmin şəxsləri tanımıram. Maşınla göndərirdilər, pulunu verirdim. Mən həbs ediləndən sonra da yoxa çıxdılar. Heç biri ilə əlaqəm yoxdur”.

Mətləb əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Şirvan Rayon Məhkəməsinin hökmü ilə Mətləb 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO