YENİLİK: Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq - VİDEO

YENİLİK: Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq - VİDEO

Hazırda oxunan: YENİLİK: Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq - VİDEO

237371

Azərbaycanda bəzi ödənişlər üztanıma ilə həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzinTelecom" MMC-nin mətbuat xidmətinin əməkdaşı Amin Nəzərli deyib.

O bildirib ki, yaxın gələcəkdə SİMA platformasına daxil olan digər bir məhsul - "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidməti istifadəyə veriləcək. Azərbaycanda bu bir ilk olacaq. İnsanlar öz üzlərini kameraya tanıtmaqla ödəniş edə biləcəklər. Bu, ilk növbədə dəmir yollarında tətbiq ediləcək. Hər bir insan üzü vasitəsilə qeydiyyatdan keçib ödəniş kartını əlavə edəcək.

Dəmir yollarında bu sistemin tətbiqindən sonra ictimai nəqliyyatın digər növlərində, eləcə də ictimai iaşə obyektlərində də eyni prosesin reallaşdırılması planlaşdırılır.

Amin Nəzərli deyib ki, bəzi ödənişlərin üztanıma ilə həyata keçirilməsi istiqamətdə hazırlıq işlərinin görülməsinə başlanılıb.

Həmçinin qeyd olunub ki, yaxın zamanda "SİMA imza" ilə bir çox vergi xidmətlərinin elektronlaşdırılması da nəzərdə tutulur.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO