Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə günorta saatlarında Biləsuvar-Bəhramtəpə yolunun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 2008-ci il təvəllüdlü Muradlı Elnar Elşən oğlu atasına məxsus "Niva" markalı avtomobili idarə edərkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yol kənarındakı işıq dirəyinə çırpılıb, sonra isə aşıb.
Qəza zamanı sürücü və avtomobildə olan 2011-ci il təvəllüdlü Əlizadə Tünar Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.
Həkimlərin ilkin müdaxiləsindən sonra müəyyən edilib ki, Elnar Muradlının xəsarətləri yüngüldür və o, ambulator müalicəyə buraxılıb. Tünar Əlizadə isə kəllə-beyin travması aldığı üçün müvafiq tibb müəssisəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Cəmiyyət
17:55 / 01.03.2025
Biləsuvarda yeniyetmənin idarə etdiyi avtomobil QƏZAYA UĞRADI
Hazırda oxunan: Biləsuvarda yeniyetmənin idarə etdiyi avtomobil QƏZAYA UĞRADI
Hazırda oxunan: Biləsuvarda yeniyetmənin idarə etdiyi avtomobil QƏZAYA UĞRADI
237184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.