Yaxın gələcəkdə SİMA platformasına daxil olan "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidmətimiz istifadəyə veriləcək.
Bizim.Media xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında "AzInTelecom"un ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Amin Nəzərli deyib.
"Yaxın gələcəkdə SİMA platformasına daxil olan digər bir məhsulumuz - "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidmətimiz istifadəyə veriləcək. Azərbaycanda bu bir ilk olacaq. İnsanlar öz üzlərini kameraya tanıtmaqla ödəniş edə biləcəklər. Bu, ilk növbədə dəmir yollarında tətbiq ediləcək. Hər bir insan üzü vasitəsilə qeydiyyatdan keçib ödəniş kartını əlavə edəcək.
Belə ki, insanlar turniket qarşısında kameraya üzlərini tutacaqlar və bir-iki saniyə ərzində ödəniş icra olunacaq. Bunun üçün sadəcə insanlar üzlərini tətbiqə tanıdaraq qeydiyyatdan keçəcəklər, daha sonra ödənişləri üzlərini dəmir yollarında quraşdırılacaq müvafiq cihazlara tanıtmaqla ödənişi icra edə biləcəklər.
Dəmir yollarında bu sistemin tətbiqindən sonra ictimai nəqliyyatın digər növlərində, eləcə də ictimai iaşə obyektlərində də eyni prosesin reallaşdırılmasını planlaşdırırıq", - deyə qurum nümayəndəsi vurğulayıb.
"Biz yaxın gələcəkdə "SİMA imza" ilə bir çox vergi xidmətlərinin elektronlaşdırılmasını təmin edəcəyik. Artıq "SİMA imza"nın istifadəçi sayı 3,5 milyonu ötüb. Bu, bir daha onu göstərir ki, artıq kifayət qədər vətəndaşlar bu tətbiqdən faydalanır", - A.Nəzərli qeyd edib.
O bildirib ki, qurum bu il biznes, korporativ mühitə doğru yönəlməyə fokuslanıb:
"SİMA İmza" olaraq vergi, maliyyə və biznes mühitlərində bir çox proseslərin rəqəmsallaşdırılmasına yaxından töhfəmizi verməyə çalışırıq.
Yaxın gələcəkdə dövlət qurumları da artıq "SİMA imza" əldə edib, onunla bir sıra sənədlərinin elektron formada imzalanmasını təmin edə biləcək".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:18 / 01.03.2025
DİQQƏT: Azərbaycanda ödənişlər üztanıma ilə həyata keçiriləcək
Hazırda oxunan: DİQQƏT: Azərbaycanda ödənişlər üztanıma ilə həyata keçiriləcək
Hazırda oxunan: DİQQƏT: Azərbaycanda ödənişlər üztanıma ilə həyata keçiriləcək
237152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.