Bu ay şənbə-bazar günləri də daxil 18 gün qeyri-iş günü olacaq.
Bizim.Media xəbər verir ki, Baş nazirin qərarına əsasən, 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir.
1, 2, 8, 9, 15 və 16 mart tarixləri də şənbə-bazara təsadüf etdiyindən mart ayında qeyri-iş günlərinin sayı 18 gün təşkil edəcək.
Qeyd edək ki, martın 30 və 31-i Ramazan bayramı qeyd olunacaq.
Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:35 / 01.03.2025
Martda neçə gün EVDƏYİK?
Hazırda oxunan: Martda neçə gün EVDƏYİK?
Hazırda oxunan: Martda neçə gün EVDƏYİK?
237113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.