Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, iki minik maşınının toqquşması nəticəsində bir ailənin üç üzvü - Şirvan şəhər sakinləri; 1979-cu il təvəllüdlü Abdullayev Natiq Arif oğlu, onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Ənvər qızı, habelə N.Abdullayevin oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Nihat Natiq oğlu müxtəlif xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:57 / 05.06.2021
Şirvanda yol qəzası: bir ailənin 3 üzvü xəsarət aldı
Hazırda oxunan: Şirvanda yol qəzası: bir ailənin 3 üzvü xəsarət aldı
Hazırda oxunan: Şirvanda yol qəzası: bir ailənin 3 üzvü xəsarət aldı
23694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.