Bir müddətdir vəziyyəti ağır olan Xalq artisti Ənvər Həsənovdan xəbər var.
Aktyorun qızı Bizim.Media-ya atasının son sağlamlıq durumu ilə bağlı məlumat verib.
Sənətçinin övladı həkimlərin Ə. Həsənovun səhhəti ilə bağlı ümidsiz danışdığını deyib:
“Vəziyyəti eynidir. Daha irəliləyiş olmayacaq. Çətin olsun. Heç ümid yoxdur”.
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülsə də, yanvarın 21-də isə aktyorun vəziyyəti yenidən pisləşib. Həkimlərin qərarı ilə onun müalicəsi reanimasiya şöbəsində, daha sonra isə Reabilitasiya Mərkəzində davam etdirilib.
Sara, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:48 / 27.02.2025
Ənvər Həsənovun qızı: “Atamın vəziyyəti ilə bağlı heç ümid yoxdur” - ÖZƏL
Hazırda oxunan: Ənvər Həsənovun qızı: “Atamın vəziyyəti ilə bağlı heç ümid yoxdur” - ÖZƏL
Hazırda oxunan: Ənvər Həsənovun qızı: “Atamın vəziyyəti ilə bağlı heç ümid yoxdur” - ÖZƏL
236886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.