"Ailəmiz 3 dəfə deportasiya olunub. Rus imperiyası Ermənistan dövləti yaratmağa çalışdı. Biz ermənilərlə həlak olan soydaşlarımızın hesabını aparmalıyıq".
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması Amasiya İcmasının sədri, akademik Abel Məhərrəmov Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvlərinin gənclərlə görüşündə çıxışı zamanı deyib.
"İndiki Qərbi Azərbaycanın Azərbaycanla sərhəd olan rayonları var. Lakin Amasiya Türkiyəyə yaxın idi. Ona görə də bizdə oxumaq üçün ora gedirdilər. O insanlar çox zəhmetkeş və zülmkeşdirlər. Biz vuruşa-vuruşa təssübkeşlik etmişik".
O, azərbaycanlılara qarşı aparılan ayrıseçkiliklə bağlı danışıb.
"Mən orada yaşayanda əgər Azərbaycan dilində danışsaydım məni öldürərdilər. Ona görə də erməni dilini öyrəndim və danışdım".
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim. Media

- A-
- A
- A+
Cəmiyyət
17:36 / 27.02.2025
“Azərbaycan dilində danışsaydım, ermənilər məni öldürərdilər” – Abel Məhərrəmov
Hazırda oxunan: “Azərbaycan dilində danışsaydım, ermənilər məni öldürərdilər” – Abel Məhərrəmov
Hazırda oxunan: “Azərbaycan dilində danışsaydım, ermənilər məni öldürərdilər” – Abel Məhərrəmov
236883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.