Xəbər verildiyi kimi bu gün səhər saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verib.
TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 27.02.2025-ci il tarixində saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.
Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Rəna Cumaqızı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:17 / 27.02.2025
“OBA”- dakı yanğında xəsarət alanların SON DURUMU
Hazırda oxunan: “OBA”- dakı yanğında xəsarət alanların SON DURUMU
Hazırda oxunan: “OBA”- dakı yanğında xəsarət alanların SON DURUMU
236796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.