Şəkidə minik avtomobillər toqquşudu, sıxlıq yarandı - FOTO

Şəkidə minik avtomobillər toqquşudu, sıxlıq yarandı - FOTO

Hazırda oxunan: Şəkidə minik avtomobillər toqquşudu, sıxlıq yarandı - FOTO

236714

Axşam saatlarında Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin 20 Yanvar və M.F.Axundzadə küçələrinin kəsişməsində baş verən qəzada minik avtomobilləri toqquşub. 
 

Qəzadan sonra şəhərin mərkəzi küçəsində bir müddət nəqliyyatın hərəkətində sıxlıq yaşanıb. Hadisə yerinə gələn Dövlət Yol Polisinin əməkdaşları hərəkəti tənzimləyib. 


İlkin araşdırmalarla məlum olub ki, hərəkətdə olan "Toyota Prius" və "Chevrolet Lacetti" markalı avtomobillər işıqforda biri-digərini gözləmədiyindən və sürət həddi yüksək olduğundan qəzaya səbəb olublar.

Qəzada xəsarət alan olmayıb. Lakin  hər iki avtomobilə ciddi zərər dəyib.

Hadisənin təfərrüatları araşdırılır. 






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO