“Azərbaycan Qərbin tövsiyyələrini eşidir və onunla əməkdaşlığa hazırdır”

“Azərbaycan Qərbin tövsiyyələrini eşidir və onunla əməkdaşlığa hazırdır”

Hazırda oxunan: “Azərbaycan Qərbin tövsiyyələrini eşidir və onunla əməkdaşlığa hazırdır”

236615
Azərbaycana qonşu olan İran və Türkiyənin Qərblə kəskinləşən münasibətləri ölkəmizdə də narahatlıqla müşahidə edilməkdədir. Bəs bu ölkələrlə ABŞ arasında yaşanan gərginlik iqtisadi və ya siyasi baxımdan ölkəmizə də hansısa formada təsir göstərə bilərmi?

Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev indiki məqamda belə bir təsiri istisna hesab etdiyini vurğuladı:

“Qonşu ölkələrdə baş verən proseslərin Azərbyacana cidid bir təsirinin olacağını düşünmürəm. Azərbaycanın özünün ABŞ-la, Qərblə öz münasibətləri var. Nə qədər ki, Azərbaycanla Qərb arasında ciddi ziddiyyətlər yoxdur, Azərbaycan belə bir problemlə üzləşməyəcək.xa0

Azərbaycan tərəfi son zamanlar bəzi addımlar atıb. Qərbin tövsiyyələrini eşidir. Avropa Birliyi ilə imzalanan saziş, digər addımlar bundan xəbər verir. Institusional dəyişikliklər də, kadr dəyişiklikləri də gedir. Bir müddət öncə Azərbaycanla Avropa Şurası arasında müəyyən gərginlik olmuşdu. Mən Səməd Seyidov məsələsini yada salmaq istəyirəm. Lakin Azərbaycan tərəfi bəyan etmədi ki, biz bu qurumdan çıxırıq. Son qərar bu oldu ki, Azərbaycan Avropa Şurasında qalır, əməkdaşlıq edəcək və s. Bu o deməkdir ki, Azərbaycan tərəfi kompromisə getməyə, əməkdaşlıq etməyə hazıdır”.

Seymur ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO