Ceyhun Zeynalova 11 il həbs cəzası verildi – 1 milyon manatı...

Ceyhun Zeynalova 11 il həbs cəzası verildi – 1 milyon manatı...

Hazırda oxunan: Ceyhun Zeynalova 11 il həbs cəzası verildi – 1 milyon manatı...

236415

Bakıda bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ceyhun Zeynalov 11 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
 

Qeyd edək ki, ittihama görə, Ceyhun Zeynalov pul vəsaitlərini əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları, eyni zamanda istintaqa məlum olmayan başqa üsullarla qanunsuz olaraq Azərbaycana Respublikasına köcürülməsini təşkil etmək, həmin pul vəsaitlərini Bakı şəhəri, Cəlilabad və Masallı rayonları ərazisində istintaqa məlum olmayan şəxslərin vasitəsilə əldə etməkdə, ümumilikdə 1 milyon manata yaxın vəsaiti ələ keçirməkdə, xüsusilə külli miqdarda dələduzluqda ittiham edilib.


Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işində 2 nəfər - Rahil Əsgərov və Şaiq Hüseynov zərərçəkmiş qismində tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO