Son aylar media və sosial şəbəkələrdə ictimai nəqliyyat vasitələrində sürücü-sərnişin, sərnişin-sərnişin qarşıdurmaları, aqressiyası ilə bağlı çoxlu sayda videolar yayılmaqdadır.
Bir tək avtobuslarda baş verən bu olayları cəmiyyətdə aqressiya və şiddət meylinin inkişafının göstəricisi hesab etmək mümkündürmü? Bu tendensiya - insanların ictimai yerdə belə öz əsəblərini cilovlaya bilməməsi hər hansı ictimai təhlükə kəsb edirmi?
Moderator.az-a açıqlama verən sosioloq Lalə Mehralı cəmiyyətdə aqressiyanın artdığını təsdiqlədi:
“Bu cür hallara bilavasitə özüm də şahidlik etmişəm. Hesab edirəm ki, aqressiyanın yaranmasına səbəb insanların bir-birinə münasibətdə hədsiz dözümsüzlük sərgiləməsidir. Əsəbi insan yoxdur, əsəbini cilovlamayan insan var. Kimsə kiməsə əsəbləşirsə, öz hirsini bunu qarşısına çıxan ilk insanın üstünə tökməli deyil. Insanlarmız bir-birlərinə güzəştə getməyi bacarmır. Bizim cəmiyyətin ən çox çatışmayan cəhəti budur. Qarşıdakı insana anlayışla yanaşmaq nadir rast gəlinən xüsusiyyətlərdəndir. Bəzən avtobusda kiminsə ayağını bilmədən tapdalayan zaman belə olduqca sərt reaksiyanın şahidi oluruq. Halbuki, qarşı tərəf bu yanlışlığa təbəsssümlə də , xa0“eybi yoxdur", yaxud “olan işdir” sözləri ilə də reaksiya verə bilər. Bəzən kiçik bir anlaşılmazlıq böyük qarşıdurmala səbəb olur.
Sürücülərlə bağlı da şikayətlər olur. Halbuki hər 10 sürücüdən bir və ya ikisi ilə bağlı narazı məqamlar ortaya çıxa bilər. Lakin onları da başa düşmək lazımdır. Çünki onlar da insandır və onların da əsəbi daşdan, dəmirdən deyil. Onlar gündə minlərlə sərnişinə xidmət edir, bunca insanla münasibətdə anlayış göstərirlər. Biz sürücülərdən anlayış gözləyirik, lakin özümüz bu anlayışı başqalarına göstərmirik. Elə sərnişinlər var ki, israrla sürücüdən avtobusu dayanmaq, durmaq qadağası olan yerdə saxlatmağı tələb edir. Halbuki, sürücü orada saxlayarsa, cərimə ödəməli olacaq. Saxlamayanda isə sərnişin tərəfindən sərt ifadələrlə qarşılaşır.
Bizim cəmiyyətimiz getdikcə daha aqressiv insanların məkanına çevrilir. Əvvəl isə vəziyyət fərqli idi. Əvvəllər insanlar hər hansı bir yanlışlığa yol verəndə qarşı tərəfdən üzr istəyir və qarşı tərəf də bu üzrü alicənablıqla qəbul edirdi. Bununla da anlaşılmazlıq öz həllini tapırdı. Indi isə bəzən bilmədən kiməsə qarşı hər hansı bir yanlışlığa yol verndə, məsələ az qala ölüb-öldürmək həddinə qədər yüksəlir. Bu, bəlkə də yediyimiz qidalardan, baxdığımız cinayət verilişlərindən, hər gün eşitiyimiz cinayət xəbərlərindən qaynaqlanır. Ola bilsin ki, bütün bunlardan immunitetimiz dözülməz həddə gəlib çatıb. Mənfi hadisələrədn insanlar bir növ boğaza yığılıb.
Hesab edirəm ki, qidaların aqressiyanın formalaşmasında xüsusi rolu var. Lakin təbii ki, biz istənilən halda təmkinli olmalı, hər bir anlaşılmazlığı, problemi qarşılıqlı anlayış fonunda ortadan qaldırmalıyıq”.
xa0
Seymur ƏLİYEV


































































































