Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

Hazırda oxunan: Azərbaycanda ən çox və ən az evliliyin olduğu RAYONLAR

236301

2023-cü il statistikasına görə, Azərbaycanda 54 200 nəfər nikaha daxil olub. Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid statistikasına görə isə 46 146 nəfər evlənib, 19 597 nəfər isə boşanıb.

Bizim.Media xəbər verir ki, “modern.az”ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə hər 1000 nəfərə düşən evlilik sayı ortalama 5.3 nisbətində olub. 

Ən çox nikahın qeydə alındığı rayon Xocalıdır. Belə ki, Xocalıda əhalinin hər 1000 nəfərə düşən nikahın ümumi əmsalı 8.5-dir.

Nikah sayına görə ən yüksək göstərici Xocalıdan sonra Şuşa və Xocavəndə aiddir. Şuşada nikah bağlayanların ümumi əmsalı ortalamadan 2.2 vahid çoxdur, Xocavənddə isə bu göstərici 7.4-dür. Onu da qeyd edək ki, boşanmaların sayına görə də Qarabağ bölgəsi liderliyə sahibdir. 

Evliliklərin çox olduğu digər rayonların siyahısında Kəlbəcər, Qobustan və Yardımlını da göstərmək olar. Kəlbəcərdə hər 1000 nəfərə düşən evlilik nisbəti 6.8, Qobustanda 6.7, Yardımlıda isə 6.6-dır.
 

Nikah sayının ən az olduğu rayon isə Abşerondur. Belə ki, burada evlilik sayı ortalamadan çox aşağı – 2.7 nisbətindədir, Abşerondan sonra isə 2023-cü ildə nikahın ümumi əmsalının az olduğu digər rayon boşanmaların ən çox olduğu Naftalan rayonudur. Naftalanda evlilik hər 1000 nəfərə 3.7  nisbətində düşür, üçüncü yerdə isə Naxçıvan Muxtar Respublikasının 3.8 nisbəti ilə Ordubad rayonu gəlir. 


Ölkənin ən böyük şəhərlərində isə nikaha daxil olanların nisbətində fərqlər müşahidə olunur. Paytaxt Bakıda əhalinin hər 1000 nəfərinə düşən evlilik nisbəti 5.6-dırsa, bu göstərici Gəncədə 4.2, Sumqayıtda isə 3.8-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO