Heydər Cəfərli yüksək vəzifəyə TƏYİN EDİLDİ

Heydər Cəfərli yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Heydər Cəfərli yüksək vəzifəyə TƏYİN EDİLDİ

236293

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

Bizim.Media xəbər verir ki, ADY-nin yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.
 

Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb.


2009-2011-ci illərdə Potsdam Universitetində “İqtisadiyyat və biznes”, 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər”, 2016-2018-ci illərdə isə Drezden Texniki Universitetində “Layihə idarə edilməsi” ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.

Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb.

2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO