"Onların gördüyü işin böyük dəyəri var. Bu dəyər ondan ibarətdir ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşiliyi sənədləşdirirdilər. Qarış-qarış, addım-addım bütün kəndlərimizi, şəhərlərimizi gəzirdilər".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, onlar gələcək nəsillər üçün Azərbaycan xalqının salnaməsini yaradırdılar:
““Azərtac”, Azərbaycan Televiziyası tərəfindən onlara ezamiyyətin dəyişdirilməsi barədə müraciətlər olduğu təqdirdə belə geri qayıtmırdılar. Bu işi böyük əzmlə, rəşadətlə, elə böyük həvəslə yerinə yetirirdilər”
Prezidentin köməkçisinin sözlərinə görə, bütün beynəlxalq təşkilatlara da müraciət olunub ki, bu hadisə, bu vandalizm, bu vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:18 / 05.06.2021
Hikmət Hacıyev: “Onlar gələcək nəsillər üçün Azərbaycan xalqının salnaməsini yaradırdılar”
Hazırda oxunan: Hikmət Hacıyev: “Onlar gələcək nəsillər üçün Azərbaycan xalqının salnaməsini yaradırdılar”
Hazırda oxunan: Hikmət Hacıyev: “Onlar gələcək nəsillər üçün Azərbaycan xalqının salnaməsini yaradırdılar”
23624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.