Havvaxanım Rüstəmovanın məhkəmə ifadəsi - 428 min manat qalmaqalı

Havvaxanım Rüstəmovanın məhkəmə ifadəsi - 428 min manat qalmaqalı

Hazırda oxunan: Havvaxanım Rüstəmovanın məhkəmə ifadəsi - 428 min manat qalmaqalı

236229

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Onun sözlərinə görə, bağçada işçilərə əmək haqqının bir qismi nağd ödənilib, bir qismi isə kart hesablarına köçürülürüb:

"İşçilərin bəziləri əmək müqaviləsi olmadan işləyirdi. Ay sonunda onların bir qismini işlə təmin etdim. Amma əmək haqqını tam karta ödəmirdik. Bu müəssisəni yaradanda əvvəlcədən niyyətim dələduzluq etmək olmayıb. İş qurmaq istəyirdim. Hazırda müəssisənin fəaliyyətini dayandırmışam".

Proses martın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, iş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş şəxs kimi tanınıb.

Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurulan 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO