Bağça müdiri vəzifəsinə işə qəbul imtahanının test mərhələsi təşkil olundu - FOTO

Bağça müdiri vəzifəsinə işə qəbul imtahanının test mərhələsi təşkil olundu - FOTO

Hazırda oxunan: Bağça müdiri vəzifəsinə işə qəbul imtahanının test mərhələsi təşkil olundu - FOTO

236057

Fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün test imtahanı mərhələsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, test mərhələsində ötən il noyabrın 27-dən dekabrın 4-dək ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllim vəzifəsində çalışan 17 namizəd mübarizə aparıb.

Qeyd edək ki, imtahanda hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla, ümumi 60 sual təqdim edilib. Hər bir istiqamət üzrə minimum 5 bal olmaqla, ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO