Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti açıqlanıb.
TƏBIB-dən Bizim.Media-ya bildirilib ki, 1963-cü il təvəllüdlü Nağı Novruz oğlu İmanov fevralın 21-də saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağ müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 22.02.2025
SON DƏQİQƏ! Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti ağırdır
Hazırda oxunan: SON DƏQİQƏ! Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti ağırdır
Hazırda oxunan: SON DƏQİQƏ! Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti ağırdır
235980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.