“Jurnalistlərin və digər mülki şəxslərin minaya düşərək həlak olması hamımızı məyus edir. Müharibədə məğlub olmuş tərəfin özünü bu şəkildə həyasızlıqla aparması dünyada nadir hadisələrdəndir”.
Bizim.Media-nın məlumatına görə, bunu professor Qulu Məhərrəmli özünün sosial şəbəkə hesabında yazıb.
Bildirib ki, minalanmış ərazilərin xəritəsinin verilməməsində Ermənistan hərbçilərinə təsir imkanı olan Rusiya da riyakar mövqe tutur:
"Moskva bu məsələdən Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışır. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli, xəritənin verilməyəcəyi təqdirdə əks-tədbirlər görməli, o cümlədən xüsusi minalama taktikasından bəhrələnməlidir. Həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq minalı ərazilərin təmizlənməsində həbsdəki erməni hərbçilərindən istifadə etməlidir! Azərbaycanın dinc vətəndaşlarına qarşı mina terroruna son qoyulmalıdır!".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:14 / 05.06.2021
“Minalı əraziləri həbsdəki erməni hərbçilərinə təmizlətdirmək lazımdır”
Hazırda oxunan: “Minalı əraziləri həbsdəki erməni hərbçilərinə təmizlətdirmək lazımdır”
Hazırda oxunan: “Minalı əraziləri həbsdəki erməni hərbçilərinə təmizlətdirmək lazımdır”
23594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.