Yasamalın icra başçısı qanunları belə pozdu — FOTO

Yasamalın icra başçısı qanunları belə pozdu — FOTO

Hazırda oxunan: Yasamalın icra başçısı qanunları belə pozdu — FOTO

235893

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəxsi avtomobilini idarə edərkən qanunun tələblərini pozub.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Elşad Həsənov idarə etdiyi “BMW X7” model avtomobili idarə edərkən, sükan arxasında mobil telefonla danışıb və təhlükəsizlik kəmərindən istifafə etməyib.

Hazırda Azərbaycan Respublikası ərazisində sürücülərin sıx-sıx cərimə edildiyi hallardan biri nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edilməsidir. Sözügedən hal üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən olunub. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“AR İXM”) 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü əlli manat məbləğində cərimə edilir.

Həmçinin, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır.

Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.

İcra başçısının sükan arxasında təhlükəsizlik kəməri taxmadan mobil telefondan istifadəsini əks etdirən görüntüləri təqdim edirik:






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO