Dənizdə dalğanın hündürlüyü 5.6 metrdir - FAKTİKİ HAVA

Dənizdə dalğanın hündürlüyü 5.6 metrdir - FAKTİKİ HAVA

Hazırda oxunan: Dənizdə dalğanın hündürlüyü 5.6 metrdir - FAKTİKİ HAVA

235869

Fevralın 21-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində soyuq, qarlı hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilan, Xankəndi, Qubadlıda qar yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO