Fevralın 20-si axşam saatlarından başlayaraq Daşkəsən rayonu ərazisinə intensiv qar yağmaqda davam edir. Hazırda qarın hündürlüyü Daşkəsən şəhərində 15-20 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 40-50 santimetrə çatıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizlənməsi işləri aparılır, qum-duz qarışığı səpilir.
Qarın təmizlənməsi üçün kommunal texnikalar cəlb edilib. Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilə yoxdur. Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəratini nəzərə almaqla qurur. Hazırda Daşkəsən rayonu ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:40 / 21.02.2025
Daşkəsəndə qarın hündürlüyü 50 santimetrə çatıb – VİDEO
Hazırda oxunan: Daşkəsəndə qarın hündürlüyü 50 santimetrə çatıb – VİDEO
Hazırda oxunan: Daşkəsəndə qarın hündürlüyü 50 santimetrə çatıb – VİDEO
235867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.