“Doğma dilini dəlicəsinə sevə bilməyi Bəxtiyar Vahabzadədən öyrəndim” - FOTO

“Doğma dilini dəlicəsinə sevə bilməyi Bəxtiyar Vahabzadədən öyrəndim” - FOTO

Hazırda oxunan: “Doğma dilini dəlicəsinə sevə bilməyi Bəxtiyar Vahabzadədən öyrəndim” - FOTO

235816

21 fevral Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu mənada anadan olmasının 100-cü ildönümü ərəfəsində Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadəni xatırlamaq tam yerinə düşər.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan birini ana dilimiz təşkil edib. 

B. Vahabzadənin qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir. Üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir.

Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: 

"Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər onun sənətinə yaddır".

Ana və ana dili mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığında əhəmiyyətli yer tutur. Şairin müxtəlif illərdə qələmə aldığı "Ana dili", "Ana və şəkil" , "Ana türbəsi " , "Mənim ana dilim" , "Latın dili" , "Riyakar" ,  “Üz-astar" ,"Şair" , "Özgə" , və "Mərziyyə" poemasında öz əksini tapıb.

Bu gün də həmin şerlər dillər əzbəridir və insanlar sevə-sevə mənimsəyir, dildən-dilə , könüldən-könülə ötürülür. 

Mənim mənliyimin füsunkarlığı,
Danışan kamalı, ağlıdır dilim,
Vətənin varlığı, xalqın varlığı,
Sənin varlığına bağlıdır, dilim.

Bəxtiyar Vahabzadənin fikrincə, Ana dilini bilməyənlər milli düşüncə və vətənpərvərlik baxımından da şərəfsiz olur, onlar üçün Vətən məfhumu şəxsi mənzili ilə, millət məfhumu isə qohum-qardaşı ilə əvəzlənir, milli dilini bilməyən insan millətin ruhuna, mənəviyyatına və tarixinə yaddır və millətin övladı deyil.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO