Zaurun verilişində biabırçı MÜZAKİRƏ – VİDEO

Zaurun verilişində biabırçı MÜZAKİRƏ – VİDEO

Hazırda oxunan: Zaurun verilişində biabırçı MÜZAKİRƏ – VİDEO

235714

21-ci əsrdə, süni intellektin ən yaxın köməkçimiz olduğu bir dövrdə Azərbaycan efirində bir qızın bakirə olub-olmaması müzakirə olunur.

ATV-nin “Bizimləsən” verilişində ata qızının bakirə olmadığını iddia edir. Efirdə! Milyonların izlədiyi bir məkanda belə ucuz müzakirə ortaya qoyulur. Biri deyir elədir, biri deyir, deyil.

Nəhayətində tibbi ekspertizanın cavabı çıxır ki, qız bakirədir. Bu, nə dəhşətdir? Bu, nə faciədir? Necə ola bilər ki, bir cəmiyyət əsrlər boyunca inkişaf etsin, sonda da belə uçuruma gəlib çıxsın.

Bu müzakirələr bu Xalqa rəvamıdır?

O nə namusdur ki, “təmizlik işləri” efirdə aparılır?! Bir qızın faciəsinin üzərində efirdə belə bir müzakirə qoymaq olarmı?

Aparıcı Zaur Baxşəliyev deyir ki, qızım, sən bakirəsən... Başlayır ağlamağa, qız da sevincdən ağlayır, fonda da “Vətən bağı al-əlvandır, var üstündə Xarıbülbül”. Hər şeyi keçdim, bəs bu mahnının günahı nə idi? Bizim üçün müqəddəs olan mövzularda səslənən mahnının bu ucuz söhbətdə nə işi var axı?!

Serialdakı tüstüdən, ən əhəmiyyətsiz ifadəyə qədər xəbərdarlıq göndərən Audiovizual Şura bunları görmür? Bir qızın ləyaqəti niyə efirdə alçaldılıb, elə efirdə də “təmizlənməlidir”?!

O qədər sual var ki, bilmirsən kimə ünvanlayasan, kimdən cavab alasan. Qızın şəxsi həyatına qarışmaq heç kimin haqqı deyil. Lakin görünür, bizim efirin “bakirəliy”i çoxdan pozulub, çirklənib, çirkaba batıb...



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO