Qarlı hava yollarda fəsadlara yol açdı - DİN-dən sürücülərə MÜRACİƏT - VİDEO

Qarlı hava yollarda fəsadlara yol açdı - DİN-dən sürücülərə MÜRACİƏT - VİDEO

Hazırda oxunan: Qarlı hava yollarda fəsadlara yol açdı - DİN-dən sürücülərə MÜRACİƏT - VİDEO

235558

Sinoptiklərin xəbər verdiyi kimi respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Dağlıq və dağətəyi rayonlarda yağan qar isə artıq yollarda bir sıra fəsadlar yaradıb.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarında Xızı şəhəri ərazisində yolun buz bağlaması səbəbindən maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin ehtimala görə “Mitsubishi” markalı avtomobilin sürücüsü buzlu yolda kəskin tormozlama edib və nəticədə sürüşərək qarşıdan gələn “QAZ 31” markalı avtomobillə toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qar niyə bəzi yerlərə yağdı, bəzi yerlərə yox? – AÇIQLAMA


Baş Dövlət Yol Polisi İdarəsi qarlı, şaxtalı hava ilə əlaqədar yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə, bir daha sürücülərə müraciət edərək, onları şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun gəlməyən, texniki-təhlükəsizlik baxımından köhnə, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən nəqliyyat vasitələrinin istismarına yol verməməyə, hərəkət sürətini hava şəraitinə uyğun seçməyə, qəfil manevr və kəskin tormozlamadan çəkinməyə, eləcə də təcrübəsiz sürücüləri qarlı, buzlu yollarda sükan arxasına əyləşməməyə çağırır.

Mexaniki nəqliyyat vasitələrinin sürücüləri qarlı, şaxtalı havalarda yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO