Həbsindən 4 ay keçən Rasim Məmmədovdan XƏBƏR VAR

Həbsindən 4 ay keçən Rasim Məmmədovdan XƏBƏR VAR

Hazırda oxunan: Həbsindən 4 ay keçən Rasim Məmmədovdan XƏBƏR VAR

23515

Hüquq muhafizə orqanlarının təcridxanasında saxlanılan “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun həbsindən 4 ay keçir. Amma onun nə həbs müddətinin uzadılmasından, nə də istintaq prosesindən xəbər var.
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Məmmədovu cəzalandıran kimdir? - Zərərçəkmişdən yeni İDDİALAR


Rasim Məmmədovun hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edirdi. Sonradan Elçin Sadıqov Bizim.Media-ya açıqlamasında artıq Rasim Məmmədovun işini aparmadığını, dövlət tərəfindən ona vəkil təyin olunduğunu bildirmişdi. Amma vəkilinin kim olduğu barədə məlumat verilmir. 

Qeyd edək ki, Rasim Məmmədov barəsində Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən keçmiş şirkət rəhbəri Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Hazırda “Baku Steel Company” şirkətinin baş direktoru vəzifəsinə "Qala Həyat" və "Qala Sığorta" şirkətinin Müşahidə Şurasının sədri Kamal İbrahimov rəhbərlik edir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO