Əhalinin DİQQƏTİNƏ: Fevralın 17-də...

Əhalinin DİQQƏTİNƏ: Fevralın 17-də...

Hazırda oxunan: Əhalinin DİQQƏTİNƏ: Fevralın 17-də...

235007

Fevral ayında Günəş aktivliyinin yüksək olması səbəbindən geomaqnit sahəsində tez-tez dalğalanmalar müşahidə olunub.

Bizim.Media xəbər verir ki, Rusiya Elmlər Akademiyasının astrofiziklərinin proqnozuna görə, 17 fevralda ciddi maqnit qasırğası gözlənilmir.

Mütəxəssislərin hesablamalarına əsasən:

-12% ehtimalla maqnit qasırğası baş verə bilər.

-63% ehtimalla geomaqnit sahəsi sabit qalacaq.

-25% ehtimalla isə yüngül dalğalanmalar mümkündür.

Bu gün üçün Kp indeksi 3-4 bal səviyyəsində olacaq ki, bu da norma hesab edilir. Maqnit qasırğası baş verməsi üçün bu göstəricinin ən azı 5 bala çatması lazımdır.

Maqnit qasırğaları kimlər üçün təhlükəlidir?

Bu təbii fenomen əsasən xroniki xəstəlikləri olan, yaşlı və ya yeniyetmə insanlara mənfi təsir göstərir. Belə günlərdə baş ağrısı, oynaq ağrıları və halsızlıq kimi simptomlar yarana bilər.

Necə qorunmaq olar?

-Kifayət qədər yatmaq

-Yüngül və sağlam qidalar qəbul etmək

-Açıq havada gəzmək

-Kifayət qədər su içmək

Həkimlər maqnit qasırğalarının təsirindən qorunmaq üçün ümumi sağlam həyat tərzi keçirməyi və xroniki xəstəlikləri nəzarətdə saxlamağı tövsiyə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO