Fevralın 16-da saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBIB yayıb.
Xəsarət alanlardan 1-i 2020-ci il təvəllüdlü azyaşlıdır.
Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi, qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir.
15 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:26 / 16.02.2025
Ucar qəzasında xəsarət alan 15 nəfər xəstəxanadan evə buraxıldı - TƏBIB
Hazırda oxunan: Ucar qəzasında xəsarət alan 15 nəfər xəstəxanadan evə buraxıldı - TƏBIB
Hazırda oxunan: Ucar qəzasında xəsarət alan 15 nəfər xəstəxanadan evə buraxıldı - TƏBIB
235003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.