Sosial Tədqiqatlar Mərkəzi (STM) ölkənin 8 iqtisadi-coğrafi rayonunda 1121 respondentin rəyini öyrənib.
Bizim.Media-ya mərkəzdən verilən məlumata görə, keçirilən rəy sorğusunda respondentlərin işğaldan azad olunan torpaqları ziyarət etmək niyyəti öyrənilib.
İnfrastrukturun tam bərpa olunması halında 67,1% respondent dərhal, 18% respondent isə bir neçə aydan sonra həmin yerləri ziyarət edəcəyini bildirib. Demək olar ki, hər 10 nəfərdən biri işğaldan azad olunan torpaqları yalnız bir neçə ildən sonra ziyarət etmək niyyətinin olduğunu ifadə edib. Cəmi 5% iştirakçı dövlətin təhlükəsizlik tədbirlərinin görülməsindən, ərazilərin minalardan təmizlənməsindən sonra ziyarət edəcəyini bildirib.
Yuxarı Qarabağdan olan respondentlərin 86%-i işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istədiyini deyib ki, bu da ən yüksək göstəricidir.
Paytaxtda məskunlaşan respondentlərin isə 63,3%-i eyni cavab variantını seçib. Yaxın gələcəkdə işğaldan azad olunan torpaqlara getmək niyyətini özündə əks etdirən göstəricilərə münasibətdə bölgələr üzrə Quba-Xaçmaz və Lənkəran diqqət çəkir.
Ziyarət niyyəti olan 861 respondentin ən çox getmək istədiyi yerlər kimi bu ərazilər önə çıxıb – Şuşa (85%), Kəlbəcər (53%) və Laçın (44,5%).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:19 / 04.06.2021
Azad edilən ərazilərdən hansına getmək istərdiniz? - SORĞU
Hazırda oxunan: Azad edilən ərazilərdən hansına getmək istərdiniz? - SORĞU
Hazırda oxunan: Azad edilən ərazilərdən hansına getmək istərdiniz? - SORĞU
23482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.