Göyçay məktəbində QALMAQAL - Dərsə gəlməyən 15 şagird QOVULDU, bir neçə müəllim isə... - FOTO

Göyçay məktəbində QALMAQAL - Dərsə gəlməyən 15 şagird QOVULDU, bir neçə müəllim isə... - FOTO

Hazırda oxunan: Göyçay məktəbində QALMAQAL - Dərsə gəlməyən 15 şagird QOVULDU, bir neçə müəllim isə... - FOTO

234719

Xəbər verildiyi kimi Göyçay musiqi məktəbindən 20-yə yaxın şagird uzaqlaşdırılıb. Məktəb şagirdlərinin valideynləri iddia edib ki, şagirdlərə bu barədə heç bir rəsmi xəbərdarlıq edilməyib.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Mədəniyyət İdarəsindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, cari tədris ilinin əvvəlində qurum tərəfindən Göyçay şəhər Uşaq Musiqi Məktəbində müəllimlərıə görüş keçirilib, şagirdlərin dərsə davamiyyətinə, tədris planlarının yerinə yetirilməsinə, şagirdlərin dərs proqramlarının tələbləri səviyyəsində bilik almalarını təmin edilməsinə cavabdehlik daşıdıqları onların nəzərinə çatdırılıb:

“Məktəbdə Regional idarə tərəfindən 2024-cü ilin noyabr və dekabr aylarında iki dəfə monitorinq aparılıb və aşkarlanmış problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verilib.

Buna baxmayaraq, 2025-ci ilin yanvar ayında keçirilmiş monitorinq zamanı yenə də bəzi şagirdlərin dərsə davamiyyətinin və bilik göstəricilərinin qənaətbəxş olmadığı, ixtisas dərsindən başqa digər fənn dərslərində - Azərbaycan və ümumi musiqi ədəbiyyatı, xor, Azərbaycan xalq musiqi yaradıcılığı, fərdi ümumi fənn dərslərində iştirak etmədikləri müəyyən edilmiş, həmin şagirdlər barəsində məktəb rəhbərliyi tərəfindən aidiyyəti üzrə qanunamüvafiq tədbirlər görülüb.

Mədəniyyət Nazirliyi Kollegiyasının 2018-ci il 8 noyabr tarixli 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 4.35-ci bəndinə əsasən 15 nəfər şagird məktəbdən xaric edilib, 22 nəfər şagirdə isə Əsasnamənin 5.5-ci bəndinin “a” hissəsinə uyğun olaraq xəbərdarlıq edilib.

Məktəb rəhbərliyi tərəfindən həmin monitorinqlərin nəticəsinə uyğun olaraq bir neçə müəllim barəsində də qanunamüvafiq intizam tənbehi tədbirləri tətbiq edilib.












Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO