Velosiped yolu ilə hərəkət edən maşının sürücüsü cəzalandırıldı – VİDEO

Velosiped yolu ilə hərəkət edən maşının sürücüsü cəzalandırıldı – VİDEO

Hazırda oxunan: Velosiped yolu ilə hərəkət edən maşının sürücüsü cəzalandırıldı – VİDEO

234572

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə paytaxtın mərkəzində 10 NY 090 dövlət qeydiyyat nişanlı avtomobilin qaydaları pozmasını əks etdirən görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, görüntüdən “Mercedes” markalı avtomobilin sürücüsünün velosiped zolağına daxil olaraq növbəti yol kəsişməsinədək həmin hissə ilə hərəkət etməsi məlum olur.
 

Görüntülər velosipedçilərin, xüsusilə də urbanistlərin narazılığına səbəb olub. Onlar bu kimi əməllərə yol vermiş şəxslərə qarşı sərt tədbirlərin görülməsininin vacibliyini bildiriblər.


Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli “qafqazinfo.az”ın sorğusuna cavab olaraq bildirdi ki, velosiped yolunda hərəkət edən avtomobilin sürücünün kimliyi müəyyənləşdirilib:

“Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, 327.1-2-ci maddə 100 manat cərimə və 2 cərimə balını nəzərdə tutur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO