Bahar Muradovanın rəhbəri olduğu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi “Ukrayna Ticarət Evi” Məhdud Məsuliyyətli Cəmiyyətlə birgə 1 milyon 853 min manatdan yuxarı vəsait hesabına “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətləri” istiqamətində işlər görəcək.
Bizim.Media “ajans.az”a istinadən xəbər veriri ki, bundan əlavə Komitə “Ukrayna Ticarət Evi” ilə 3 milyon manatdan artıq vəsaitin xərclənəcəyi digər bir istiqamətdə üzrə fəaliyyət planını təsdiq edib. Bu isə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2025-ci il üçün fəaliyyət istiqamətindən irəli gələn və əlamətdar günlər üzrə tədbirlərin təşkili” xidmətlərinin görülməsidir.
Bu barədə Dövlət Satınalmaları Elektron Portalında açıq tenderlərin tamamlanmış müsabiqələr bölməsində qeyd olunub.
Məlum olub ki, əsas fəaliyyət istiqamətləri xarici ticarət, daxili ticarət şəbəkələrinin yaradılması və bolusdürülməsi, səmərəli nəqliyyat və logistika zəncirlərinin inkişafı, turizm, maliyyə auditi, konsaltinq olan “Ukrayna Ticarət Evi” MMC-nin Azərbaycanda uşaqlara dair hansı strategeiya həyata keçirməsi barədə məlumatlara rast gələ bilmədik. Ümumiyyətlə bu MMC-nin belə bir layihə barədə təşəbbüsü, ideya və təklifləri barədə məlumatlar əldə edə bilmədik.
Maraqlıdır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hansı səbəbdən Azərbaycanda uşaqlara dair strategiyanın həyata keçirilməsini Ukrayna mallarının mağazalar şəbəkəsi və Ukrayna mətbəxinin restoranlarını rəsmi formada himayə etdiyini vurğulayan bir MMC-yə həvalə edib?
Ukraynanın Azərbaycandakı səfirliyinin rəsmi səhifəsində qeyd olunur ki, 2019-cu ilin birinci rübündən etibarən “Ukrayna Ticarət Evi” yeni irimiqyaslı layihəni – “Güzdək Terminal” İnteqrasiya edilmiş Logistika Mərkəzi layihəsini həyata keçirir. Bu, Azərbaycanın ən böyük beynəlxalq logistika arteriyalarının kəsişməsində - böyük şəhərlər - Bakı və Sumqayıt şəhərləri ilə həmsərhəd olan Güzdək kəndində və Xırdalanda dəmir yolu stansiyasının kəsişməsində yerləşən sənaye mallarının və ərzaq məhsullarının daşınması və saxlanması üçün müasir kompleksdir. Məlumatda qeyd olunur ki, yeni kompleks sənaye mallarının və ərzaq məhsullarının ultra müasir texnoloji saxlanmasına, onların həm Azərbaycandan Ukraynaya, həm də əks istiqamətdə daşınmasına imkan verəcək.
Bizim.Media
![Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyondan çox vəsait xərcləyəcək Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyondan çox vəsait xərcləyəcək](https://bizim.media/file/articles/2025/02/13/1739437093_ekran-sekli-2025-02-13-125119.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:58 / 13.02.2025
Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyondan çox vəsait xərcləyəcək
Hazırda oxunan: Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyondan çox vəsait xərcləyəcək
Hazırda oxunan: Bahar Muradovanın rəhbərlik etdiyi Komitə “Ukrayna Ticarət Evi” ilə 4 milyondan çox vəsait xərcləyəcək
234565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.