DYP-dən sürücülərə MÜRACİƏT: “Vacib olmadığı hallarda sükan arxasına keçməyin!”

DYP-dən sürücülərə MÜRACİƏT: “Vacib olmadığı hallarda sükan arxasına keçməyin!”

Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT: “Vacib olmadığı hallarda sükan arxasına keçməyin!”

234246

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi meteohəssas sürücülərə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir ki, fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir:

"Maqnit qasırğaları xüsusilə meteohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, bu da onların sürücülük qabiliyyətinə təsir göstərir. Son günlər respublika yollarında baş verən qəzaların təhlili onu dəməyə əsas verir ki, sürücülərin nəqliyyat vasitələrini heç bir real təhlükə və obyektiv səbəb olmadan aşırmaları və ya maneəyə çırpmaları göstərilən hallar səbəbindən baş verib".

Qeyd olunub ki, meteohəssas sürücülərə maqnit qasırğasının təsirləri:

- Baş ağrısı və yorğunluq – Maqnit qasırğaları bəzi insanlarda miqren və halsızlıq yarada bilər.

- Diqqət dağınıqlığı və yuxululuq – Sürücülərin reflekslərini zəiflədərək qəza riskini artıra bilər.

- Əsəbilik və emosional qeyri-sabitlik – Həddindən artıq stress və əsəbilik təhlükəli manevrlərə səbəb ola bilər.

- Qan təzyiqində dəyişikliklər – Bu, ürək döyüntülərinin artmasına və ya halsızlığa gətirib çıxara bilər.

Sürücülərə vacib olmadığı hallarda sükan arxasına keçməmək tövsiyə olunub:

"Sükan arxasında yorğun və ya əsəbi hiss edirsinizsə, qısa fasilələr verin. Diqqət dağınıqlığı hiss edirsinizsə, avtomobili idarə etməkdən çəkinin. Hava və maqnit qasırğaları ilə bağlı xəbərləri izləyin və müvafiq tədbirlər görün.

Maqnit qasırğalarının təsiri hər kəsdə fərqli ola bilər, lakin meteohəssas insanlarda bu təsirlər daha güclü hiss olunur.

Unutmayın ki, yol hərəkətində bədən yorğunluğu və ya diqqət dağınıqlığı həm sizin, həm də digər yol hərəkəti iştirakçıları üçün real təhlükə hesab edilir!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO