Bakıda restoranda və kafedə yanğın oldu

Bakıda restoranda və kafedə yanğın oldu

Hazırda oxunan: Bakıda restoranda və kafedə yanğın oldu

234213

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranının xarici divarına quraşdırılan tüstü bacasında yağ qalıqları yanıb.

Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Yasamal rayonunda isə çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 m² olan kafenin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavanı 15 m² sahədə əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO