Kahramanmaraş valisi: “Sadəcə binalar deyil – vəfanın və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz” – ÖZƏL

Kahramanmaraş valisi: “Sadəcə binalar deyil – vəfanın və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz” – ÖZƏL

Hazırda oxunan: Kahramanmaraş valisi: “Sadəcə binalar deyil – vəfanın və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz” – ÖZƏL

234060

2023-cü ilin 6 fevralında qardaş Türkiyədə, mərkəzi Kahramanmaraş olmaqla, böyük bir bölgə şiddətli zəlzələylə sarsıldı. Faciə nəticəsində 10 minlərlə insan həlak oldu, çox sayda insan yaralandı. Kahramanmaraş və ətraf rayonlarda minlərlə yaşayış binası, müəssisə və iaşə obyekti yerlə-yeksan oldu. Hazırda Türkiyə dövləti bölgənin yenidən qurulması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Bizim.Media xəbər verir ki, Kahramanmaraşda bu günə qədər 174 min 145 müstəqil binanın təməli atılıb. 34 min 600 ev vətəndaşlara təhvil verilib. Kahramanmaraşın 2025-ci ilin sonuna qədər nümunəvi bir şəhərə çevrilməsi planlaşdırılır. Xüsusilə də Azərbaycan hökumətinin dəstəyi ilə inşa olunan Azərbaycan məhəlləsi buna bir nümunədir. MİDA və TOKİ-nin birgə təşəbbüsü ilə Azərbaycan məhəlləsində 1278 ev və 826 iş yerindən ibarət nəhəng bir kayihə icra olunur. İnşaat işlərinin qarşıdakı aylarda tamamilə bitəcəyi və insanların oraya köçürüləcəyi nəzərdə tutulur.

“Sadəcə binalar deyil – vəfanın, dostluğun və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Kahramanmaraş Valisi Mükerrem Ünlüer görülən işlərə görə Azərbaycan dövlətinə və Azərbaycan xalqına təşəkkür edib.

““Bir millət, iki dövlət” şüarı ilə hər zaman yan-yana, çiyin-çiyinə olduğumuz Can Azərbaycana Kahramanmaraşımıza etdikləri mənzil dəstəyi və verdikləri digər dəstək üçün təşəkkürümü bildirirəm. Kahramanmaraşımızın ən çətin günlərində heç bir tərəddüd güdmədən köməyə qaçan, yaralarımızı sarmaq üçün əlini deyil, ürəyini uzadan qardaş Azərbaycanımıza sonsuzadək minnətdarıq.

Sadəcə binalar deyil – vəfanın, dostluğun və qardaşlığın ən gözəl nümunəsini inşa etdiniz. Çətin günlərimizdə yanımızda olan, qardaşlığımızı bir daha göstərən Azərbaycan dövlətinə və xalqına könüldən təşəkkür edirik. Bu qədim dayanışma və dostluq sonsuza qədər davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Təşəkkürlər Azərbaycan”, - deyə Kahramanmaraş valisi bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO