Allergiya və mədə-bağırsaq xəstəliklərinə meyilli olan insanlar qoz-fındığı ehtiyatla yeməlidirlər.
Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti" agentliyi qastroenteroloq Lyudmila Suxorukovaya istinadən yayıb.
"Allergiyası və müxtəlif mədə-bağırsaq xəstəlikləri (qıcıqlanan bağırsaq sindromu, qastrit, pankreatit) olan insanlar qoz-fındıqları ehtiyatla yeməlidirlər. Ziyanlı riskləri azaltmaq üçün qoz-fındıqları suda saxlamaq, gecə boyunca ilıq suda islatmaq lazımdır", Suxorukova bildirib.
Həkim izah edib ki, fitaz fermentinin aktivləşməsi sayəsində islatmanın faydalı maddələrin mənimsənilməsinə mane olan fitik turşusunun tərkibini azaltmağa kömək edir.
Mütəxəssisin sözlərinə görə, bağırsaq pozğunluqları, xora xəstəlikləri, dəridə problemləri olan insanlar sidr qozunu rasiondan çıxarmalıdırlar.
"Digər qoz-fındıqları isə allergiyası olan insanlar yeməməlidirlər", Suxorukova fikrini yekunlaşdırıb.
Bizim.Media