Rusiyada azərbaycanlılara qarşı təzyiqin sifarişini kim verib? - VİDEO

Rusiyada azərbaycanlılara qarşı təzyiqin sifarişini kim verib? - VİDEO

Hazırda oxunan: Rusiyada azərbaycanlılara qarşı təzyiqin sifarişini kim verib? - VİDEO

233997

“Azərbaycanlıların Rusiyaya soyuq münasibətinin boş yerə olmadığını Moskva özü də sübut etdi. Təyyarə ilə bağlı hesabatın mürəkkəbi qurumamışdı ki, Rusiyadan gözlənilən oldu. Biz onsuz da Moskvadan müsbət addım gözləmirdik. Bakıya olan qəzəbini azərbaycanlılardan çıxmaq istəyəcəyini təxmin etmişdik. Məlumdur ki, bu gün yüz minlərlə miqrant dolanışığını Rusiyadan təmin edir. Onların arasında azərbaycanlılar da çoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, Rusiya da illər boyu başqa ölkələrə təzyiq üsulu kimi məhz miqrantları seçir:

“Gah qanunu sərtləşdirir, gah evlərinə basqın edir, gah bazarları bağlamaqla hədələyir. İndi isə daha irəli gediblər. Artıq hədəfdə yalnız miqrant olan azərbaycanlılar deyil. Rusiya vətəndaşı olan azərbaycanlılar da bu gün Rusiya şovinizminin hədəfinə tuş gəlib. Rusiya Dumasında azərbaycanlıları ölkədən qovmaq çağırışları edilir.
 

Özü də bu çağırışlar hakim “Vahid Rusiya” partiyası tərəfindən səsləndirilir. Rus deputatlar Rusiya vətəndaşı olan azərbaycanlıları isə cəbhəyə göndərmək həvəsinə düşüblər. Bu da son deyil. Azərbaycanlılara məxsus iki şirkətin bağlanması da təklif edilir.


Soruşan da yoxdur ki, Rusiya öz vətəndaşı olan azərbaycanlılara məxsus qanuni obyektləri necə bağlaya bilər? Rusiyada belə dərəbəylikdir ki? Rusiya dünyanın çoxmillətli ölkələrindən biridir. Burada yüzdən çox millətin nümayəndəsi yaşayır. Moskva qorxmur ki, azərbaycanlılara qarşı başlatığı kampaniya öz başında çatlaya bilər? Rusiyadakı azərbaycanlılar baş verənlərdən narahatdırmı? Onları nə gözləyir?”.

Daha ətraflı videomaterialda:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO