“Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm. Görən kimi zəng edib təbrik etdim. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri teleqraf.az-a açıqlamasında Anar Əliyevin atası, filologiya elmləri doktoru, ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev deyib.
“Anar Sahil Babayev nazir olandan sonra nazir müavini təyin edilmişdi. Onlar birlikdə böyük işlər görə bildilər. İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu, heç də asan deyil, amma oğluma inamım böyükdür”, - R. Əliyev qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Bizim.Media