Şəkidə odun sobası yanğına SƏBƏB OLDU - FOTO

Şəkidə odun sobası yanğına SƏBƏB OLDU - FOTO

Hazırda oxunan: Şəkidə odun sobası yanğına SƏBƏB OLDU - FOTO

233763

Axşam saatlarında Şəki şəhəri Mirzə Fətəli Axundzadə prospekti ev 45 ünvanında odun sobası yanğına səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər sakini Xatirə Məmmədzadəyə məxsus ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində və çardaq hissəsində güclü yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Həyata keçirilən tədbirlərlə yanğının böyüməsinin və yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğınsündürənlər yanğının soyudulması ilə bağlı tədbirləri davam etdirir.

Yanğının başvermə səbəbləri ilə bağlı müvafiq orqan tərəfindən araşdırma aparılır.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO