İyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
İyunun 4-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyunun 4-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:32 / 03.06.2021
Sabahın hava PROQNOZU
Hazırda oxunan: Sabahın hava PROQNOZU
Hazırda oxunan: Sabahın hava PROQNOZU
23376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.