Yanvarda qeydə alınmış hərbi cinayətlərin hamısı açılıb – RƏSMİ

Yanvarda qeydə alınmış hərbi cinayətlərin hamısı açılıb – RƏSMİ

Hazırda oxunan: Yanvarda qeydə alınmış hərbi cinayətlərin hamısı açılıb – RƏSMİ

233643

"Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsi) 77,8% və Rüşvət alma və rüşvət vermə cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri) 31,6% azalıb". 

Bizim.Media xəbər verir ki, bu sözləri Baş ədliyyə müşaviri Firad Əliyev deyib. 

F.Əliyevin sözlərinə görə, səmərəli fəaliyyət nəticəsində 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlər 100 faiz açılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO