Ucarda bıçaqlanan 9-cu sinif şagirdinin SON DURUMU

Ucarda bıçaqlanan 9-cu sinif şagirdinin SON DURUMU

Hazırda oxunan: Ucarda bıçaqlanan 9-cu sinif şagirdinin SON DURUMU

233498

Xəbər verdiyimiz kimi, Ucar rayonunun Rəstəcə kəndində 9-cu sinif şagirdi sinif yoldaşına bıçaqla ağır xəsarət yetirib.

Bizim.Media xəbər verir ki, insidentlə bağlı TƏBİB açıqlama verib.

Açıqlamada deyilir ki, Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə 04.02.2025-ci il tarixində Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

İlkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasient Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib.

Vəziyyəti stabil qiymətləndirilən vətəndaş 05.02.2025-ci ildə ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO