MTK sakinləri 4 ildir necə aldadır? - Ortada nə pul var, nə də ev - VİDEO

MTK sakinləri 4 ildir necə aldadır? - Ortada nə pul var, nə də ev - VİDEO

Hazırda oxunan: MTK sakinləri 4 ildir necə aldadır? - Ortada nə pul var, nə də ev - VİDEO

233191

Paytaxtın Nərimanov rayonu Qarabağ küçəsi, 33 ünvanında yaşayan sakinlər tikinti şirkətinin illərdir onların evlərini təhvil vermədiyindən şikayətçidirlər.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, onlara evləri sökülərkən yeni mənzillə təmin olunacaqları deyilsə də, həmin vaxtdan dörd ilə yaxın müddət keçib, lakin mənzil-tikinti kooperativi (MTK) vədinə əməl etmir.

"İl yarıma binamızın tikiləcəyini dedilər. Dörd ilə yaxındır, çöldəyik. Nə kirayə pulumuzu verirlər, nə də evlə təmin edirlər. Şirkətə gedəndə də qapısı bağlı olur, qaçıb gizlənirlər", - deyə şikayətçilər narazılıqlarını bildiriblər.

Baku TV-nin çəkiliş qrupu məsələni dəqiqləşdirmək üçün MTK-nın ofisinə yollansa da, şirkət nümayəndələri sualları cavablamaq istəməyiblər.

Daha sonrakı çəkiliş zamanı isə artıq satış ofisinin adının yazıldığı lövhə çıxarılaraq, məsələyə aydınlıq gətirməkdən yenidən imtina edilib.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO