Rusiyada miqrantlarla bağlı YENİLİK – Soydaşlarımızı nə GÖZLƏYİR?

Rusiyada miqrantlarla bağlı YENİLİK – Soydaşlarımızı nə GÖZLƏYİR?

Hazırda oxunan: Rusiyada miqrantlarla bağlı YENİLİK – Soydaşlarımızı nə GÖZLƏYİR?

233012

Rusiya miqrantlarla bağlı növbəti məhdudiyyətlərin tətbiqinə hazırlaşır. Belə ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı fevralın 5-dən yeni qanun qüvvəyə minəcək.

O əlavə edib ki, 5 fevraldan həm qanunsuz miqrantların deportasiyası rejimini nəzərdə tutan qanun qüvvəyə minəcək, həm də, "ölkəyə giriş və çıxış qaydalarının pozulmasına, həmçinin nəzarət olunan şəxslərin reyestrinə daxil edilmiş miqranta göstərilməsi qadağan edilən xidmətlərə görə inzibati məsuliyyət tətbiq ediləcək".
 

MÖVZU İLƏ BAĞLI:

80 mindən çox miqrant Rusiyadan zorla QOVULDU


Bundan başqa, Dövlət Dumasının sədri qeyd edib ki, fevralın 5-dən daha üç qanun qüvvəyə minəcək. Söhbət çətin həyat şəraitində olan uşaqlara hamilik, kreativ sənayenin inkişafı, həmçinin müsadirə edilmiş əmlakın Rusiya subyektlərinin mülkiyyətinə verilməsindən gedir.

V.Volodin həmçinin bildirib ki, Rusiyada analıq kapitalı 9,5 % indeksləşdiriləcək.

Miqrantlarla bağlı tədbirlər soydaşlarımıza necə təsir edəcək?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Azərbaycan dövləti ölkə vətəndaşlarının dünyanın istənilən yerindən vətənə gətirilməsi üçün əməli addımlar atmalıdır:

“Onlar Azərbaycan üçün hətta iqtisadi fürsət mənbəyidir. Çünki onların ölkəyə qayıtması, özləri ilə bir yatırım gətirməsi, kiçik-orta bizneslə məşğul olub, Qarabağa, işğaldan azad olunan rayonlara köçün tərkib hissəsi olması Azərbaycan üçün kifayət qədər üstünlüklər yarada bilər. Biz nədənsə bu məsələdən çəkinirik. Mənə elə gəlir ki, ilk öncə məsələyə yanaşmamızı dəyişməliyik. Rusiyadakı miqrantları təhlükə kimi yox, bir fürsət kimi görmək lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO