Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə report-a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində baş verib.
Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub.
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media