Bakıda məşhur restoranın rəhbəri xanım ofisiantı döydü, həbs edildi – FOTO

Bakıda məşhur restoranın rəhbəri xanım ofisiantı döydü, həbs edildi – FOTO

Hazırda oxunan: Bakıda məşhur restoranın rəhbəri xanım ofisiantı döydü, həbs edildi – FOTO

232292

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 265 ünvanında yerləşən "Sarf” adlı restoranın icarədarı ofisiantı döyüb.

Bizim.Media Qaynarinfo.az-a istinadla xəbər verir ki, restoran işlədən İ.Fərid adlı sahibkar Samirə adlı xanım ofisantı döyməkdə ittiham edilib.

Belə ki, sahibkar restoranda Samirənin Tiktok sosial şəbəkəsində canlı yayım açdığını görüb. O, ofisant xanıma əsəbləşib və "sən sabahdan istirahətdəsən” deyib. Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əmək haqqısını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu xanım işçisinin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara "haram xoşun olsun” deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirənin üstünə hücum edərək onu təhqir edib. Daha sonra sahibkar xanım ofisantın üzünə qapını çırparaq, yumruqla baş nahiyəsinə zərbə vurub.

Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.

Məhkəmənin qərarı ilə Fərid Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO