Gürcüstanda ölkə sərhədləri vasitəsilə malların daşınması qaydalarının pozulmasına görə bir nəfər məsuliyyətə cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.
İstintaqla müəyyən edilib ki, evakuator vasitəsilə Gürcüstandan Azərbaycana minik avtomobilləri daşıyan həmin şəxs əlavə qanunsuz maddi qazanc əldə etmək məqsədilə nəqliyyat vasitələrində bəyan edilməmiş mallar gizlədərək “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsindən keçirməyə cəhd edib.
İstintaq tədbirləri çərçivəsində ümumi dəyəri 15 min lari (7 min manat) olan gömrük nəzarətindən gizlədilmiş müxtəlif adda mallar müsadirə edilib. Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 3 ildən 5 ilədək həbs cəzası gözləyir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:31 / 02.06.2021
Gürcüstandan Azərbaycana maşın daşıyan şəxs saxlanıldı - SƏBƏB
Hazırda oxunan: Gürcüstandan Azərbaycana maşın daşıyan şəxs saxlanıldı - SƏBƏB
Hazırda oxunan: Gürcüstandan Azərbaycana maşın daşıyan şəxs saxlanıldı - SƏBƏB
23229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.