Lənkəran qəzasında 21 nəfər xəsarət alıb

Lənkəran qəzasında 21 nəfər xəsarət alıb

Hazırda oxunan: Lənkəran qəzasında 21 nəfər xəsarət alıb

232114

Xəbər verdiyimiz kimi, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində bu gün saat 13:30 radələrində sərnişin avtobusu aşaraq "VAZ-2107" markalı avtomobilin üstünə düşüb.
Nəticədə 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

Hadisə barədə Bizim.Media-nın cənub bürosuna TƏBİB-dən açıqlama verilib.

Qeyd edək ki, sərnişin avtobusu Lənkəran - Separadi marşrutu üzrə hərəkət edirmiş. Elə xəsarət alanların əksəriyyətinin də Separadi kənd sakinləri olduğu deyilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO