Ana uşağını evdə tək qoyub GETDİ – Qayıdanda meyitini GÖRDÜ -TƏFƏRRÜAT

Ana uşağını evdə tək qoyub GETDİ – Qayıdanda meyitini GÖRDÜ -TƏFƏRRÜAT

Hazırda oxunan: Ana uşağını evdə tək qoyub GETDİ – Qayıdanda meyitini GÖRDÜ -TƏFƏRRÜAT

232112

Xəbər verildiyi kimi Şabran rayonunun Zeyvə kənd tam orta məktəbində 5 yaşlıların hazırlıq qrupunda təhsil alan oğlan uşağı qəfildən vəfat edib.

Rayonun Zeyvə kənd sakini Etibar Bayramov Bizim.Media-ya açıqlamasında 6 yaşlı oğlunun ölümünə münasibət bildirib. Ata qeyd edib ki, uşaq evdə olub, anası ilə dayısıgilə getmək istəməyib. Qayıdanda görüb ki, uşaq atılıb yerindəcə qalıb. Tez həkimə çatdırdıq. Artıq keçinmişdi. Həkimlərin sözlərinə görə uşağın ürəyi dayanıb.

Ailədə daha iki oğlan uşağı var. 11 yaşlı uşağı fiziki qüsurludur, digər uşağı isə 8-ci sinifdə oxuyur.

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 26 yanvar 2025-ci il tarixində saat 12:00 radələrində Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çağırış daxil olub:

"Çağırışa əsasən, 2019-cu il təvəllüdlü şəxsə (kişi cinsli) yardım göstərilməsi məqsədilə təcili yardım briqadası hadisə yerinə yola düşüb. Lakin briqada hadisə yerinə çatdığı zaman həkiməqədər ölüm faktı qeydə alınıb".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO